Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 13 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1117-ə çatıb, onlardan 917 nəfər sağalıb, 16 nəfər ölüb.  Karantin rejimində 6 183 vətəndaş nəfər qalır.

"Shafaqna" Agentliyi:
“Shafaqna” Agentliyi:

Bu günün statistikasına əsasən, faiz hesablamalarına görə, Gürcüstanda ümumi yoluxanların (1117 nəfərin) 82.09 faizi sağalıb, 1.43 faizi dünyasını dəyişib. Son günlər Gürcüstanda yoluxma sayında artım müşahidə olunur. Belə ki, bir həftə əvvəl yoluxma bir rəqəmli idisə, artıq neçə gündür say iki rəqəmli olaraq ictimaiyyətə açıqlanır.