Zurabişvili özünütəcrid rejiminə keçdi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Baş nazir İrakli Qaribaşvili ilə ünsiyyətdə olan şəxslər sırasında olduğu üçün özünütəcrid rejiminə keçib.

Bu barədə prezident administrasiyasından məlumat verilib.

“Zurabişvili vaksinasiyanın birinci mərhələsini keçməsinə baxmayaraq, risklərdən qaçmaq üçün, o, özünütəcridə gedib”, – deyə qeyd edilib.

Protokola uyğun olaraq, prezident PZR-test verib. Testin nəticələri hələ açıqlanmayıb.

Xatırladaq ki, bu gün Qaribaşvili koronavirusa yoluxduğunu bildirib.

Bu məqaləni paylaş