Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, BƏƏ İraq iqtisadiyyatına 3 milyard dollar investisiya etmək niyyətindədir.
Müvafiq razılıq İraq Baş naziri Mustafa əl-Kazıminin BƏƏ-yə səfəri zamanı imzalanıb.
Əl-Kazımi Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid əl-Nəhəyyan ilə görüşərək danışıqlar aparıb.
“Tərəflər iqtisadi əməkdaşlıq, ticarət, investisiyalara yardımı inkişaf etdirməyə dair razılaşıblar. Maneələri aradan qaldırmaq üçün İraq-BƏƏ ticari-iqtisadi şurası yaradılacaq”, – deyə qeyd edilib.
Bu məqaləni paylaş