Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan səhiyyə nazirinin müavini Tama Qabuniya məhdudiyyətlərin sərtləşilib-sərtləşdirilməyəcəyi barədə danışıb.
“Toplantı, toy və digər sosial tədbirləri məhdud çərçivədə keçirmək olduqca mühümdür”, – deyə o qeyd edib.
Qabuniyanın sözlərinə görə, sosial tədbirlərin keçirilməsi böyük risklə müşahidə olunur.
Lakin, nazirlik rəsmisi bildirib ki, əhali ölkədəki mövcud tənzimləmələrə lazımi şəkildə əməl etməsə, məhdudiyyətləri sərtləşdirmək lazım olacaq.
“Hələ ki, artıq tətbiq edilmiş tədbirlərin icrası prosesinin sərtləşdirilməsi barədə söhbət gedir. Lakin yeni halların artması tendensiyası qalarsa, əlbəttə ki, biz məhdudiyyətlər menyusuna geri dönməli olacağıq… O cümlədən də mobilliyin məhdudlaşdırılması ilə bağlı müəyyən mexanizmlərin də (tətbiqi zərurəti yaranacaq). Hər şey cəmiyyətin artıq tətbiq edilən tənzimləmələrə nə qədər riayət edəcəyindən asılıdır, bu, bizim sərt məhdudiyyətlərə daha geri dönmək məcburiyyətində qalmayacağımızın zəmanəti olacaq”, – deyə o əlavə edib.