
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin prosedur məsələləri üzrə komitəsinin sədri İrakli Kadaqişvili bildirib ki, “Gürcü Arzusu” və “Girçi” nümayəndələri arasında görüş planlaşdırılır.
Kadaqişvili jurnalistlərlə söhbəti zamanı deyib ki, dəqiq tarix barədə məlumat verə bilməsə də, görüş planlaşdırılıb.
“Onların tələblərinə gəlincə isə, seçki baryerinin azaldılması üçün Konstitusiyaya dəyişikliklər məsələsi var, bu mövzunu hər zaman müzakirə etmək olar. Biz kiçik partiyalara parlamentdə təmsil olunmaq imkanı verdikdə qızıl ortanı götürməliyik”, – deyə qeyd edib.
Kadaqişvilinin sözlərinə görə, eyni zamanda da məntiqli baryer olmalıdır ki, bu da parlamentin təsirliliyini və partiyaların bir nəfərdən ibarət olmamasını, müəyyən ideologiyanın təmsilçiləri olmalarını təmin edir.






























