Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurası isə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.

Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüşdə digər MDB ölkələri ilə münasibətlərə də toxunulub.

Müşavirədə Rusiya müdafiə naziri Sergey Şoyqu, Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matviyenko və Vyaçeslav Volodin və digərləri iştirak ediblər.