
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Müqəddəs Kəbənin örtüyünün – “Kisvəh”-in mövsümi texniki baxımı bazar günü başlayıb.
İşlər 5 gün davam edəcək və 14 texnik tərəfindən icra ediləcək. Texnikləri isə keyfiyyətə nəzarət işçisi müşahidə edəcək.
“Kisvəh”-in texniki baxımı şöbəsinin direktoru Fəhd əl-Cəbri bildirib ki, örtük texniki baxım işlərindən sonra təmizlənəcək.
O əlavə edib ki, işlər pandemiya şəraiti tələbləri əsasında həyata keçiriləcək.
































