
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili koronavirusa yoluxub.
Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
“Test nəticəsində məndə koronavirus təsdiqlənib. Özümü yaxşı hiss edirəm, özünütəcriddəyəm və distant rejimdə işləməyə davam edirəm”, – deyə o qeyd edib.






























