Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, ABŞ mediada yaydığı məlumatlarla Rusiya və Çin arasında münaqişəyə səbəb olmaq istəyir.

Onun sözlərinə görə, məhz buna görə də media sahəsindəki qarşılıqlı əlaqənin, o cümlədən də xidməti xətlərin, KİV-lər arasında əlaqələrin təkmilləşdirilməsi həmişəkindən daha çox aktualdır, xüsusən də Çin və Rusiyanın informasiya müharibəsinin əsas məqsəd və hədəfinə çevrildiyini və artıq belə olduğunu nəzərə alınarsa.

O bildirib ki, hazırda Ağ Evin bəyanatları sadəcə aqressiv ritorika deyil, Pekin və Moskvanı ictimai sahədə toqquşdurmaq cəhdidir.

Zaxarova qeyd edib ki, Çinlə bərabərhüquqlu həmkarlığın möhkəmlədilməsi və strateji qarşılıqlı əlaqə Rusiya üçün prioritetdir.