Ləğv edilmiş MTN-nin iki generalı həbs olundu

77
0

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.

Az.shafaqna.com xəbər verir ki, hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətindən yerli xəbər agentliklərinin sorğusuna cavab olaraq bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.