
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, müxalifət partiyası nümayəndələri Gürcüstanın qanunverici orqanlarına müraciət edərlərsə, onların deputat səlahiyyətləri dayandırılmayacaq.
Bunu Gürcüstan parlamentinin prosedur məsələləri və qaydaları komitəsinin başçısı İrakli Kadaqişvili bildirib.
Qeyd edək ki, Gürcüstan müxalifətinin parlamentdə 54 mandatı var. Hələ ötən ilin dekabr ayında onlar mandatdan imtina etməyə çalışsalar ki, hakim “Gürcü Arzusu” partiyası onların bu istəklərini təmin etməmişdi.
“Biz hər bir mərhələdə deyirik ki, istənilən siyasi güclə konstruktiv əməkdaşlığa hazırıq. Buna əsaslanaraq, artıq 6 aydır ki, hansı tərəfdə olduqlarından – Gürcütanın, yoxsa şeytanın tərəfində olduqlarından baş çıxarda bilməyən siyasi subyektlər qərar verməlidirlər… Hər kəsi müəyyənləşməyə səsləyirəm”, – deyə Kadaqişvili bildirib.






























