Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Türkiyə yaxın zamanda Rusiya ilə kosmosda əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır.

Bu barədə Türkiyə Kosmik Agentliyinin başçısı Sərdar Hüseyn Yıldırım bildirib.

Artıq müxtəlif ölkələrlə, o cümlədən də Rusiya ilə ortaq əməkdaşlıq şərtləri üzərində işlədiyimizi nəzərə alaraq, yaxın zamanda (saziş) imzalamağı planlaşdırırıq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, kosmosun mənimsənilməsi üçün beynəlxalq əməkdaşlıq lazımdır.

Rusiyaya gəlincə isə, kosmik fəaliyyətin çoxlu sahələrində böyük imkanlarımız var”, – deyə Yıldırım əlavə edib.

O, Türkiyənin Rusiya ilə qarşılıqlı sərfəli əməkdaşlıq prinsipi üzərində möhkəm həmkarlıq münasibətləri qura biləcəyi halda, Türkiyənin çox sürətli irəliləyəcəyinə dair fikir səsləndirib.