
Az.shafaqna.com Rusiya mediasına istinadən xəbər verir ki, İraq Suriya ilə sərhəddə müdafiə tikililərinin inşasına başlayıb.
İraqlı sərhədçilər artıq Neynəva əyalətindəki Rabia sərhəd keçid mənqətəsindən Ənbar əyalətindəki əl-Qaim keçidinədək olan sahənin tikanlı məftillərlə çəpərlənməsinə və torpaq tökümünə başlayıblar.
Bu barədə İraq təhlükəsizlik xidmətindəki anonim mənbədən məlumat verilib.
Qeyd edək ki, Suriyada müharibə başladığı zamandan İraq-Suriya sərhədində təhlükəsizlik sahəsində vakuum müşahidə edilir. 2019-cu ildə İraq əl-Qaim sərhəd keçid məntəqəsinin işinin bərpa edildiyini elan edib. 2021-ci ilin yanvar ayında isə Bağdad İŞİD terror təşkilatının, narkotik qaçaqmalçılığının və digər qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq məqsədi ilə Suriya ilə olan 600 kilometrlik sərhədin təhlükəsizliyinin təminatı üzrə tədbirləri sərtləşdirib.






























