
Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) dünyasını dəyişib
Az.shafaqna.com xəbər verir ki, yerli mediada yayılan məlumata görə, Rafiq Hüseynov bu gün günorta saatlarında vəfat edib.
Tanınmış gitara ifaçısının səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmış, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdu.






























