Global Look Press/Per Karlsson

Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, Rusiyanın Xabarovsk diyarı sakininin evində 300-dən artıq qara kürü konteyneri aşkar edilib.

Mütəxəssislər regionun təbii resurslarına dəyən ziyanı 30 milyon rubl (təxminən 418 min dollar) olaraq qiymətləndiriblər.

Saxlanılan şəxsin özü deyib ki, kürü Kuklya çayı üzərində bənd olan ərazidən tapıb və konteynerləri satmaq məqsədi ilə saxlayıb.

Məsələ ilə bağlı cinayət işi açılıb.