Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze qapanmaların olub-olmayacağı barədə danışıb.
“Hazırkı mərhələdə bizdə lokal tədbirlər hesabına əldə edilmiş yüksək nəticələrə görə qapanmalar haqda danışmamaq üçün resurslarımız var”, – deyə o bildirib.
“Əlbəttə, bizim üçün ölkədə iqtisadi aktivliyi qoruyub saxlamaq çox mühümdür. Ona görə də Əmək İnspeksiyasının işi mühüm dərəcədə aktivləşdirilib”, – deyə Tikaradze qeyd edib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasına görə müəyyən məhdudiyyətlərin tətbiqi zərurətinin yaranmaması üçün vətəndaşların bütün qaydalara əməl etməsi olduqca mühümdür.
“Lakin mən təkrar edirəm, hər bir vətəndaşın yüksək sosial məsuliyyəti mühümdür”, – deyə o əlavə edib.
Bu məqaləni paylaş