Az.shafaqna.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Hərəmeyn İdarəsindən verilən məlumata görə, Mübarək Ramazan ayının gəlişi münasibətilə Kəbədə bəzi işlərə başlanıb.

Beş gün davam edəcək işlərə 14 mütəxəssis cəlb olunub.

Texniki-mütəxəssislərdən başqa işlərə keyfiyyət nəzarətçiləri, tibb mütəxəssisləri və iş güvənliyi nəzarətçiləri də qatılacaq.

Qurum bu işlərin COVİD-19 pandemiyasına qarşı məhdudiyyətlərə əməl etməklə görüləcəyini önə çəkib.