Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu xüsusi bir televiziya kanalına müsahibəsində bu barədə danışıb.

Türkiyənin heç bir təzyiqi qəbul etməsi mümkün deyil deyən nazir Çavuşoğlu, “Montrö Boğazlar Konfransının” yalnız boğazlardan keçişi tənzimləmədiyini, ölkələrin Qara dənizdə neçə gəmisinin ola biləcəyini, gəmilərin tutumu, boğazdan keçiş müddəti daxil olmaqla bir çox məhdudiyyəti də nəzərdə tutduğunu qeyd edib. Kanal İstanbulun Montröya, Montrönun isə Kanal İstanbula heç bir təsirinin olmadığına diqqət çəkib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin hüquq və mənafelərini müdafiə etdiklərini vurğulayıb.

Daha əvvəl Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni rəhbərliklə proqnozlaşdırıla bilən əlaqələr yaradacaqlarını səsləndirdiklərini ifadə edən nazir ABŞ-ın keçmiş prezidentlərindən Barak Obama dövründən bəri davam edən problemlərin olduğunu, dövlət departamentinin rəhbəri Antony Blinken ilə telefon danışığı keçirdiyini, Brüsseldə isə üz-üzə görüşdüyünü, Türkiyə ilə ABŞ-ı birləşdirən bir çox mövzunun olduğunu xatırladıb. ABŞ-ın Türkiyənin nə qədər strateji əhəmiyyətə sahib ölkə olduğunu konkret olaraq səsləndirdiyini, iki ölkə arasındaki problemlərin həlli ilə bağlı yeni rəhbərliklə danışıqlar etdiklərini sözlərinə əlavə edib.