Az.shafaqna.com “Sydsvenskan”-a istinadən xəbər verir ki, məhkum həyatı yaşayan norveçli terrorçu Anders Breyvik öz həyatı ilə bağlı kitab yazmaq istəyir.

O, bununla bağlı azı 20 nəfərə, həmçinin KİV-lərə məktub göndərib.

77 nəfəri qətlə yetirmiş, 151 nəfəri isə yaralamış terrorçu kitabının nəşr, film və ya müsahibə hüquqlarını satmaq istəyir. Üstəlik, o, bu işləri təxminən 9,7 milyon dollar olaraq dəyərləndirir.

Breyvikin məktub ünvanladığı şəxslərdən biri olan yazıçı Kristof Anderssonun fikrincə, terrorçu, həqiqətən də, bununla pul qazana bilər: çünki Norveç qanunlarına əsasən, caninin icazəsi olmadan istintaq materiallarına çıxış əldə etmək olmaz. Odur ki, bu, ona öz kitabının hüquqlarını satmağa tam icazə verə bilər.

Maraqlı bir məqamı qeyd edək ki, Breyvik həbs olduğu müddətdə adını rəsmi şəkidlə dəyişdirib və artıq o, Fyotolf Hansendir.

Xatırladaq ki, Breyvin 2011-ci il 22 iyulda Oslo şəhərində və Uteyya adasında terror bombalı və silahlı terror aktları törədib. Norveç məhkəməsi onu 21 il müddətinə azadlıqdan məhkum edib. Breyvik terror aktlarını törətdiyini etiraf etsə də, hələ özünü günahkar bilmir.