Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Ermənistan və Azərbaycanı dialoqa səsləyib.

Bu gün Rusiya Pravoslav Kilsəsi münaqişənin hər iki tərəfini dialoqa çağırır… Qafqazda gərginliyin artmasında maraqlı olan qüvvələrin oyununa getməməyə səsləyirəm”, – deyə onun müraciətində qeyd edilir.

O deyib ki, Qafqazda yeni müharibə fəsadlara səbəb olacaq və bu da, uzun müddətə regionu sakitlik və sülhdən məhrum edəcək.

Yalvarıram, əziz qardaşlar, qardaş görüşləri zamanı möhkəmlədə bildiyimiz nailiyyətləri qoruyub saxlayın”, – deyə o, Azərbaycan və Ermənistanın dini liderlərinə müraciət edib.

Patriarx həmçinin bildirib ki, Rusiya Pravoslav Kilsəsli münaqişənin tezliklə bitməsi üçün dua edir.

Əvvəlki məqaləGürcüstan Baş naziri Ermənistana silah göndərilməsi iddiasına cavab verdi
Növbəti məqalədə77 nəfərin qatili kitab yazıb pul qazanmaq istəyir