
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca öz peyvəndini buraxmamış ölkələr arasında Türkiyənin əhali arasında ən çox vaksinasiya vurduran ölkə olduğunu bildirib.
Az.shafaqna.com xəbər verir ki, nazirin sözlərinə görə, bu zamana qədər Türkiyədə 16668844 doza peyvənd olunub.
“Twitter” hesabından etdiyi paylaşmada nazir yazıb: “Ən çox peyvənd edən ölkələr arasında 6-cı sıradayıq. Bizdən daha çox peyvənd edən ölkələr Amerika Birləşmiş Ştatları, Çin, Hindistan, İngiltərə və Braziliyadır. Türkiyə öz peyvəndini hələ buraxmamış ölkələr arasında ən çox peyvənd edən ölkədir. Bu zamana qədər ümumi doza sayı 16 milyon 668 min 844-dür.”
Türkiye, kendi aşısını henüz üretmemiş ülkeler içinde en çok aşı yapan ülkedir. Toplam doz sayısı bu mesajın yayına konduğu an itibariyle 16.668.844’tür. pic.twitter.com/EzDMnM0AaP
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) April 3, 2021






























