
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 7 pasiyent vəfat edib.
Az.shafaqna.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirilib.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 3811-ü təşkil edir.
Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 464 halı qeydə alınıb, 454 pasiyent müalicə olunaraq sağalıb.






























