
Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində canlı yayımda bildirib.
Xatırladaq ki, yerli icra hakimiyyəti orqanları dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçaların bağlanması barədə müvafiq sərəncamlar vermişdilər.






























