Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Livanın səhiyyə naziri Hamed Həsən və onun iraqlı həmkarı Həsən ət-Təmimi Beyrutda əməkdaşlığa dair genişləndirilmiş sazişi imzalayıblar.

Sənəddə Livan tibb müəssisələrində xidmətin İraqdan neft tədarükü ilə ödənməsi də var.

Livanlı nazir bildirib ki, İraq nümayəndə heyəti Livanın səhiyyə sahəsindəki mütərəqqi və müasir xidmətləri barədə məlumatlandırılıb.

Onun sözlərinə görə, 2019-cu ildə Livan və İraq arasında imzalanmış səhiyyə sahəsindəki sazişə əlavə bənd əlavə edilib: İraq vətəndaşları neftin müqabilində Livanın tibbi xidmətlərindən yararlana bilərlər.

İraqın səhiyyə naziri ət-Təmimi də, öz növbəsində, bildirib ki, yeni razılıq hər iki ölkənin maraqlarına cavab verir.

İraqlı nazir deyib ki, Bağdad “neftin müqabilində xidmət” bəndinin “tam işə salınması” üçün Livan nümayəndə heyəti və Livanın səhiyyə nazirinin səfərini gözləyir.