Britaniyada yeddi nəfər AstraZeneca peyvəndinin vurulmasından sonra yaranan trombozdan vəfat ediblər.
Az.shafaqna.com xəbər verir ki, bunu “Financial Times” qəzetinə Britaniyanın dərman və tibbi təyinatlı məhsullara nəzarət edən qurumun (MHRA) rəsmisi bildirib.
Daha öncə qurumdan bildiriblər ki, Britaniyada 30 nəfərdə peyvəndlənəndən sonra ciddi tromboz əmələ gəlib.
Qurum həmçinin qeyd edib ki, AstraZeneca peyvəndinin müsbət təsirləri mənfi təsirlərindən dəfələrlə çoxdur.