
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının (DTŞ) anti-korrupsiya agentliyinin əməkdaşları “Poti” iqtisadi zonasının idarə rəisini xidməti səlahiyyətlərindən sui-istifadəyə görə tutublar.
İstintaqın məlumatlarına görə, müttəhim şəxsi motivlər əsasında cari ilin 9 mart tarixində Böyük Britaniyadan qaçırılmış avtomobili qanuniləşdirməyə kömək edərək həmin avtomobili satış üçün 3-cü şəxslərə ötürüb.
DTŞ-dan bidirilib ki, gömrük işçisi qaydaları pozub və Gürcüstana daxil edilən avtomobilin 2021-ci 4 martda oğurlandığını və İnterpol bazasında olduğunu deməyib.
“Xidməti səlahiyyətlərdən sui-istifadə” maddəsi ilə istintaq davam etdirilir. Saxlanılan şəxs 3 ilədək azadlıqdan məhrum edilə bilər.






























