Türkiyәnin humanitar yardım qurumları Şәrqi Afrika ölkәsi Madaqaskardakı 5 min aztәminatlı ailәyә humanitar yardım göndərib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyә Diyanәt Vәqfi ilә Türkiyә Fövqәladә Hallar İdarәsinin göndәrdiyi humanitar yardım Tolaqnaro vә Amboasary Atsimo şәhәrlәrindәki aztәminatlı ailәlәrә paylanıb.

Yardım çәrçivәsindә bölgәdәki bәzi yerlәrindәki içmәli su problemi dә hәll edilib.

Türkiyәnin Madaqaskardakı sәfirliyi yardımların iki ölkә arasındakı hәmrәylik çәrçivәsindә hәyata keçirildiyini, Türkiyәnin bu ölkәdә  daha davamlı layihәlәr hәyata keçirmәk vә Madaqaskar ilә әmәkdaşlığını güclәndirmәk mәsәlәsindә qәtiyyәtli olduğunu açıqlayıb.

Qeyd edәk ki, Madaqaskar xalqı vә hökumәti humanitar yardımlara görә Türkiyәyә tәşәkkür edib.