Tbilisidə komendant saatına etiraz olaraq aksiya keçiriləcək

Şənbə günü axşam saat 18:00-da Tbilisidə komendant saatına etiraz aksiyası keçiriləcək.

Az.shafaqna.com “Sputnik Georgiya”ya istinadən xəbər verir ki, vətəndaş cəmiyyətləri şənbə günü 3 aprel tarixdə etiraz etmək məqsədilə birləşirlər.

Onlar komendant saatı və onu pozanlara qarşı yüksək cərimələrə etiraz etməyi planlaşdırırlar.

Aksiyaya “Sirsxvilia” (Utanc), “Droa” (Vaxt gəldi), “Şesvale” (Dəyiş) və “Demokratiuli momavlistvis” (Gələcək demokratiya naminə) təşkilatları qatılacaq.

18:00-da təşkil olunacaq aksiya parlament binası onündə keçirilməsi planlaşdırılır.

Aksiya iştirakçıları siyasi partiyaları da aksiyaya dəstək verməyə çağırırlar.

“Son bir il ərzində heç bir araşdırma komendant saatının pandemiya ilə mübarizədə sağlam düşüncə olduğunu təsdiqləməyib. Komendant saatı dünya miqyasında  – müvəqqəti tədbir olaraq vaxt udmaq və virusla mübarizə və vaksinasiya üçün hazırlıq xarakteri daşıyır. Artıq bir ildir bizdə 21:00-dan sonra hərəkətə qadağa qoyulub. Sonsuz komendant saatı bizim psixoloji vəziyyətimizi sarsıdır.”, – deyə təşkilatçıların bəyanatında deyilir.

 

Bu məqaləni paylaş