Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, gənc müsəlman yeniyetmə Böyük Britaniyadakı xeyriyyə təşkilatının gənclərin işləri üzrə şurasına seçilib.
Bu təşkilat ölkədə uşaqların müdafiəsi üzrə fəaliyyətin nizamlanması ilə məşğuldur.
13 yaşlı Məhəmməd Sahal Uşaqlarla Sərt Rəftarın Qarşısının alınması üzrə Milli İcmaya seçilən 15 nəfərdən biridir. 13-16 yaşlı üzvlər uşaqlar və gənclərin maraqlarını təmsil edəcəklər.
“Direktorlar şurasına üzvlük kömək etmək və mühüm xidmətin iş istiqamətinə təsir etmək üçün mükəmməl fürsətdir”, – deyə Sahal bildirib.
O və təşkilatın digər üzvləri başqalarına yardımın edilməsində aktiv rol oynayacaqlar.
Bu təşkilat uşaqların müdafiəsinə dair məsələlərdə hökumətə lobbiçilik edir və uşaq müdafiəsi problemlərinə dair məlumatlandırılmanın artması məqsədi ilə geniş ictimaiyyət üçün kampaniyalar keçirir.