
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Çinin “Sinopharm” vaksininin 100 min dozası Gürcüstana çatdırılıb.
Bu preparatla vaksinasiya isə ÜST tərəfindən təsdiq edildikdən sonra başlayacaq.
Hazırkı mərhələdə isə adıçəkilən preparatı 55 yaşdan yuxarı vətəndaşlar və tibbi personal seçə bilər.
Gürcüstanın səhiyyə naziri Tamar Qabuniya bildirib ki, sözügedən vaksin ÜST tərəfindən təsdiqləndikdən sonra, “ona qarşı etibar daha çox olacaq”.
Onun sözlərinə görə, Çinin bu vaksininin aprel ayının ortalarında ÜST tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Həmçinin səhiyyə nazirinin müavini qeyd edib ki, bu gün onlarla ölkə “Sinopharm”-dan istifadə edir və 40 milyondan çox insan onunla peyvənd edilib və bu vaksinin araşdırması “çox yaxşı nəticələr göstərir”.






























