İslamofob namaz otağında vandalizm aktı törətdi – KANADADA

Az.shafaqna.com CBC-a istinadən xəbər verir ki, Kanadanın Ontario əyalətinin hüquq-mühafizə orqanları Torontodakı Pirson beynəlxalq hava limanında vandalizm aktı törətmiş kişini axtarır.

Adıçəkilən hava limanının terminallarından birindəki insident 21 martda baş verib. Polisin məlumatına görə, 47 yaşlı Jan Fransua Ullett-Qodin müsəlmanlar üçün nəzərdə tutulmuş namaz otağına daxil olaraq oranı tar-mar edib.

Sosial şəbəkələrdə dağıdılmış ibadət otağının kadrları yayılıb – yerə atılmış Qurani-Kərim nüsxələri, cırılmış pərdələr, cırılmış kağızlar və zibillər.

İstintaq hesab edir ki, hadisəni törədən kanadalı şəxs bunu nifrət zəminində törədib. Həmin şəxs axtarışa verilib.

“Bu hadisə ibadət məkanının – bizim müsəlman icmamızın ibadət və təfəkkür etdiyi yerin müqəddəsliyinin pozulmasıdır”, – deyə rayon polisinin rəisi Pil Nişan Durayyappa bildirib.

Bu məqaləni paylaş