Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, əgər Gürcüstanın keçmiş Baş naziri Giorgi Qaxariya gələcək yerli seçkilərdə iştirak edərsə, o, bizim üçün rəqib olacaq.

Bunu “Gürcü Arzusu” partiyasının üzvü Nikoloz Samxaradze bildirib.

Xatırladaq ki, Qaxarliya mart ayında tutduğu vəzifə və partiyanı tərk edib. O, siyasətə geri dönmək planlarının olduğunu deyib.

Tbilisi meri postuna namizədliyini irəli sürəcək istənilən müxalifətçi bizim rəqibimiz olacaq. Əgər konkret olaraq Giorgi Qaxariya namizədliyini irəli sürərsə, o  da bizim rəqibimiz olacaq”, – deyə Samxaradze qeyd edib.

Üstəlik o, Qaxariyanın namizədliyini irəli sürəcəyi şəhərdə hakim partiyadan olan namizədin geri çəkilməyəcəyini deyib.

Xatırladaq ki, 2021-ci ilin payızında Tbilisi və Gürcüstanın 63 rayonunda yerli seçkilər keçiriləcək.