
Az.shafaqna.com xəbər verdiyimiz kimi, “Bilge Kadın” Dərnəyinin (BKD) başlatdığı “Müdrik Nəsillər Layihəsi” adlı beynəlxalq müsabiqənin şərtləri açıqlanıb.
Bu beynəlxalq müsabiqə çərçivəsində analar və ya nənələr özlərinin 7-12 yaş aralığında olan oğlan və qız nəvələrinə BKD-nin hazırladığı 5 səhifəlik kitabçadakı məlumatları öyrədəcəklər. Beləliklə də, uşaqlar hər müsəlmanın bilməli olduğu məlumatları öyrənmiş olacaqlar.
Şərtlər:
Bu 7 şeyi övladınıza öyrətmək
Əhlibeyt məktəbində;
- Üsuliddin nədir və saylarını açıqlamaq
- Firuiddin nədir və saylarını açıqlamaq
- 12 İmamın ardıcıllığı ilə adları
- Gündəlik vacibi namazların sayı və adları
- Azan
- Fatihə və İxlas surəsinin oxunuşu
- Kəlimeyi Şəhadət
Whatsap ilə məlumat və qeydiyyat nömrəsi
+90 531 424 61 74
Qeyd edək ki, müsabiqədən keçən hər kəsin adı püşkatmada iştirak edəcək. Qaliblər Kərbəla ziyarətinə göndəriləcək.
Bu müsabiqəyə Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Avropa ölkələrindən qatıla bilərlər.































