
Rusiya Federal Təhlükəsizlik Xidməti Barnaul şəhərində məscidi partlatmaq istəyən ukraynalı millətçinin video görüntülərini yayıb.
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, istintaq zamanı adı açıqlanmayan ukraynalı millətçi millətçi hərəkatın üzvlərilə görüşdüyünü etiraf edib.
Qeyd olunur ki, martın əvvəllərində ona diversiya üçün obyektlər seçməsini, daha sonra yanğın və ya təşviş yaradan başqa bir akt həyata keçirməsini tapşırıblar.
FTX həbs olunan şəxsin evindən götürülən kustar üsulla hazırlanan partlayıcı və ekstremist ədəbiyyatın görüntülərini nümayiş etdirib.






























