
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, bu gün Ayasofyada 86 ildən sonra ilk cümə namazı qılınıb.
Məscidin daxili və çölündə baş tutan namazda minlərlə müsəlman iştirak edib.
Türkiyə Din İşləri İdarəsinin (Dİİ) təşkil etdiyi proqram çərçivəsində 4 imam məscidin 4 minarəsindən dualar oxuyub.
Namazda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Eyni anda 4 minarədən azan verilib.
Dİİ başçısı Əli Erbaş xütbə oxuyub.
Xatırladaq ki, Türkiyə hökuməti 1934-cü il 24 noyabrda Ayasofyanın müzey edilməsi qərarını ləğv edərək onu onu məscid edib.






























