
ABŞ prezidenti Co Bayden dünən mindən çox dini lider və icma nümayəndəsi ilə onlayn görüş keçirib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Bayden iclasda yerli liderlərin yeni növ koronavirus (Kovid-19) əleyhinə mübarizədə əhəmiyyətli rola sahib olduqlarına diqqət çəkib.
Dini liderlərdən peyvənd sözünü yaymalarını və hər kəsi öz növbəsində peyvənd vurulması üçün təşviq etmələrini istəyib. İnsanların bir araya gələrək yenidən ibadət məkanlarını açmalarının Covid-19-un təsirinin məhv edilməsindən asılı olduğunu vurğulayıb.






























