Ukraynanın Dövlət Aviasiya Xidməti aprelin 1-dən etibarən “SkyUp” şirkətinə Azərbaycana müntəzəm reyslər həyata keçirməyə icazə verib.

Az.shafaqna.com-un məlumatına görə, şirkət Lvov-Bakı-Lvov maşrutu ilə uçuşlara başlayıb. Uçuşlar həftədə iki dəfə keçiriləcək.

Bundan başqa, Dövlət Aviasiya Xidməti “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinin həmin marşrut üzrə icazəsini ləğv edib.