Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Mərakeşdə İŞİD terror təşkilatı ilə əlaqəli dəstənin üzvləri tutulublar.

Ölkənin təhlükəsizlik orqanlarındakı mənbələrin məlumatına görə, tutulan terrorçular krallıq ərazisində yerləşən hərbi bazalar, parlament, kilsələr və digər obyektlərə qarşı hücumlar planlaşdırırdılar.

Terrorçuların əsas məqsədləri arasında Əlcəzairlə sərhəddə yerləşən hərbi baza da var idi. Belə ki, saxlanılan terrorçular mərakeşli hərbçilərə hücum edib onların silahlarını ələ keçirərək əlcəzairli hərbçilərə qarşı istifadə etməyi istəyirdilər. Onlar bununla da iki ölkə arasında müharibəyə səbəb olmağı planlaşdırırdılar.

Zərərsizləşdirilən dəstə 24-28 yaşlı 4 nəfərdən ibarət olub və onlar İŞİD terror təşkilatına beyət ediblər.