Allsport

Az.shafaqna.com “Boxingscene”-yə istinadən xəbər verir ki, boks üzrə keçmiş dünya çempionu Mayk Tayson Roy Consla döyüşə hazırlıq haqda danışıb.

Tayson deyib ki, hazırda əla formadadır, lakin onu daha da yaxşılaşdırmağa hazırlaşır.

Bu gün mən artıq təxminən 6,5 km qaçdım, daha sonra sprintlər olacaq, ondan sonra isə boks edəcəyəm”, – deyə o bildirib.

Məni tanıyan istənilən şəxs mənim tempi azaltmaq bacarığımın olmadığını və yalnız aqressiv şəkildə dalaşa bildiyimi başa düşür. İndi isə mənim şövqüm daha da çoxdur”, – deyə o əlavə edib.

Tayson qeyd edib ki, rinqə gəlir üçün geri dönmür.

Döyüş xeyriyyə məqsədləri üçün olacaq. Narahat olmayın, paxıllıq etməyin, mən (bundan) varlanmayacağam. Mən heç nə qazanmayacağam. Bunu bacardığım üçün edirəm”, – deyə o bildirib.

Xatırladaq ki, 21 iyulda Tayson Consonla döyüş keçirmək istədiyini deyib. Conson isə cavabında bildirib ki, keçmiş dünya çempionu ilə döyüşməyə hazırdır. Qarşılaşma 12 sentyabrda Kaliforniyada baş tutacaq.

Qeyd edək ki, Tayson 2005-ci ildən bəri rinqdə döyüşməyib.