Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Süveyş kanalının administrasiyası bəyan edib ki, kanalın məcrasını genişləndirmək planlaşdırılır.
Bu barədə idarə başçısı Usamə Rabia bildirib.
O qeyd edib ki, kanalı dərinliyi 24 metrə çatır.
Kanalın operator şirkəti “Leth Agencies”-in məlumatına görə, kanalda maneə aradan qaldırıldıqdan bəri oradan 357 gəmi keçib, daha 206 gəmi isə keçid üçün növbədədir.
Xatırladaq ki, “Ever Given” konteyner daşıyan gəmi 23 mayda kanalda dayaz yerə bataraq kanalda hərəkəti tam məhdudlaşdırıb. Yüzlərlə gəmidən ibarət “tıxac” əmələ gəlib. 29 martda isə maneə aradan qaldırılaraq hərəkət bərpa edilib.
ETİKETLƏNDİ:Süveyş kanalı
Bu məqaləni paylaş