
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Çinin “Sinopharm” vaksininin 100 min dozası 3 apreldə Tbilisiyə çatdırılacaq.
Bu barədə jurnalistlərə Gürcüstanın səhiyyə naziri Tamar Qabuniya məlumat verib.
O deyib ki, Avropa ölkələrindən Macarıstan adıçəkilən peyvənddən istifadə edir.
“Vaksin Macarıstanın tənzimləyici orqanı tərəfindən təsdiq edilib. Onun saxlanma şəraiti +2…+8 dərəcədir. Bu immunizasiya proqramı çərçivəsində adi rutin temperatur rejimidir”, – deyə nazir qeyd edib.





























