
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Mədinə bələdiyyəsi Mədinə əyaləti və Mədinə şəhərində 2022-ci ilin sonunadək 1 milyon ağacın əkilməsi təşəbbüsü ilə çıxış edib.
Gözlənilir ki, yaşıllaşdırma planı Mədinədəki bütün əsas yolları və girişləri, həmçinin 3-cü nəqliyyat halqasını əhatə edəcək.
Sözügedən təşəbbüs həmçinin daha öncə 2 851 422 kvadrat metr sahəli yaşıllıq zonasında əkilmiş 3 628 538 ağacın müdafiəsinə də yönəlib.
Təşəbbüs ölkə və bütün dünya üçün yaşıl gələcək yaratmaq, həmçinin regionda yaşıllıqların artırılmasının hesabına ətraf mühitin yaxşılaşdırılması və qorunmasına hesablanıb.






























