Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Tayvanda qatarın relsdən çıxması nəticəsində azı 41 nəfər dünyasını dəyişib.

Bu barədə adanın Milli Yanğın Söndürən Agentliyindən məlumat verilib.

66 nəfərin xəstəxanaya yerləşdirildiyi, 2 nəfər isə qəza yerindən hələ çıxarılmadığı qeyd edilib.

Hadisə Xualyan bölgəsində baş verib. Qatar 350 sərnişin üçün nəzərdə tutulmuş 8 vaqondan ibarət olub.