
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu yay ölkə xaricində istirahət – bir çoxlarının gerçəkləşməmiş arzusudur. Hər kəs COVID-19 epidemiyasının nə zaman bitəcəyini və normal həyata geri dönərək səyahət edə biləcəyini gözləyir.
“Numbeo” analitik servisi 2020-ci ildə turistlər üçün ən təhlükəsiz ölkələr siyahısını hazırlayıb.
Qətər turistlər üçün ən təhlükəsiz ölkə seçilib.
Bu ərəb ölkəsi 88,1 balla 1-ci yerdə qərarlaşıb.
Tayvan 84,7 balla 2-ci, BƏƏ isə 84,5 balla 3-cü yerin sahibi olub.
Daha sonra Gürcüstan, Oman, Honkonq, Sloveniya, Men adası, İsveçrə və Yaponiya gəlir.
Turistlər üçün ən təhlükəli ölkələr isə Venesuela, Papua-Yeni Qvineya, Cənubi Afrika Respiblikası, Əfqanıstan, Honduras, Trinidad və Tobaqo, Braziliya, Qayana, el-Salvador və Suriyadır.






























