
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti 1 aprel tarixindən tətbiq edilən bir sıra məhdudiyyətləri yumşaldıb.
Belə ki, ölkədə izləyicilərin iştirakı ilə teatr tamaşaları və idman müsabiqələrinin keçirilməsinə dair məhdudiyyət götürülüb.
Həmçinin bu gündən uşaq əyləncə mərkəzləri və kinoteatrlar da tam həcmdə işləməyə başlayacaq.
Bununla belə, saat 21:00-dan 05:00-dək olan hərəkət qadağası qüvvədə qalır. “Komendant saatının” pozulmasına görə cərimə isə 2 min lari (600 dollar) təşkil edir.
Həmçinin maska rejimi də qüvvədə qalmaqdadır.
Bundan başqa, qidalanma obyektləri üçün istirahət günlərində yerində ziyarətçi qəbulu da qadağandır. Şənbə və bazar onlar yalnız yerində olmamaq şərti ilə xidmət göstərə bilərlər.






























