Az.shafaqna.com “AA”-ya istinadən xəbər verir ki, Türkmənistandakı bütün məscidlər fəaliyyətlərini bərpa edib.

Bu barədə Türkmənistan Müftülüyündən məlumat verilib.

İnsanlar bütün sanitar-gigiyenik tədbilərə əməl edərək məscidlərə gedə bilərlər.

Xatırladaq ki, 2020-ci il 13 iyulda Türkmənistanda məscidlərin fəaliyyəti məhdudlaşdırılmışdı.