
Az.shafaqna.com xəbər verir ki, “Bilge Kadın” Dərnəyi (BKD) uşaqların təməl dini təhsillərini təmin etmək üçün “Müdrik Nəsillər Layihəsi” adlı beynəlxalq müsabiqəyə start verib.
Bu beynəlxalq müsabiqə çərçivəsində analar və ya nənələr özlərinin 7-12 yaş aralığında olan oğlan və qız nəvələrinə BKD-nin hazırladığı 5 səhifəlik kitabçadakı məlumatları öyrədəcəklər. Beləliklə də, uşaqlar hər müsəlmanın bilməli olduğu məlumatları öyrənmiş olacaqlar.
Sözügedən kitabçadakı məlumatları öyrənən uşaq anasının müşayiəti ilə müsabiqəyə qatılacaq. Sualları cavablandıran uşaqlar müsabiqəyə qatılacaqlar. Qalib gələn 5 uşağın anasına BKD tərəfindən Kərbəla ziyarəti hədiyyə ediləcək və uşaqlara da bir-birindən gözəl hədiyyələr veriləcək.
BKD-dən edilən açıqlamada deyilir ki, müsabiqəyə marağın böyük olması səbəbi ilə yaş məhdudiyyəti 6 yaşadək azaldılıb. Beləliklə də, 6 yaşlı uşaqlar da müsabiqəyə qatıla biləcəklər.
Rəhbərliyin məlumatına görə, müsabiqə “Alulbeyt Vəqfi”-nin dəstəyi ilə keçirilir və “Alulbeyt Vəqfi” ilə edilən həmkarlıqla qalib analar Kərbəla ziyarətinə göndəriləcəklər.
Qeyd edək ki, Azərbaycan və Gürcüstandan qalib olanlar öz ölkələrindən Kərbəla ziyarətinə göndəriləcək (pandemiyaya uyğun olaraq ya İstanbul, ya da öz yaşadığı ölkədən).































