Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan iqtidarının nümayəndələri razılığın əldə edilməsi üçün maksimum səy göstərib, müxalifətin isə əsassız iddialardan əl çəkərək sənədi imzalamağa cəsarəti çatmayıb.

Bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili “Gürcü Arzusu” ilə müxalifət arasında danışıqların növbəti dəfə müvəffəqiyyətsizliyə uğramasını şərh edərkən bildirib.

Komandamız razılığın əldə edilməsi üçün maksimum səy göstərdi, lakin müxalifət… danışıqların pozulmasına köklənmiş idi. Yeri gəlmişkən, bunu nisbətən mülayim müxalifətin nümayəndələri də təsdiq edir. Düşünürəm ki, hər kəs üçün aydın oldu ki, süni şəkildə yaradılmış və əsas problem kimi təqdim edilməyə çalışılan “böhran” əslində sırf radikal müxalifətin özü üçün kəskin bir böhrandır”, – deyə o qeyd edib.

Baş nazir deyib ki, yaranmış vəziyyətdə hakimiyyətin bu şıltaqlıqların müzakirəsinə vaxt ayırmamaq və xalq və ölkəni narahat edən real problemlərin üzərində fokuslanmaq hüququ var.

Biz olduqca əhəmiyyətli layihələr başlatmışıq, yaxın bir neçə həftədə kənd təsərrüfatı, infrastruktur və iqtisadiyyatla bağlı genişmiqyaslı layihələr təqdim edəcəyik. Buna əsaslnaraq, bizim bu mənasız və tamamilə səmərəsiz danışıqlara vaxt ayırmaq imkanımız olmayacaq”, – deyə Qaribaşvili bildirib.

Onun sözlərinə görə, radikal müxalifət könüllü şəkildə girdiyi dalandan çıxmağa cəhd göstərmir.

Biz həmçinin əmin olduq ki, onların tamamilə əsassız iddialardan əl çəkərək sənədə imza atmağa cəsarət və sağlam düşüncələri çatmadı”, – deyə Qaribaşvili əlavə edib.