Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili yeni nazirlər təyin edib.

Belə ki, Rati Breqadze ədliyyə naziri, Laşa Xutsişvili isə maliyyə naziri təyin edilib.

Qaribaşvili yeni nazirlərin kifayət qədər təcrübəli olduğunu qeyd edib və onlara yeni vəzifələrində uğurlar arzu edib.

Xatırladaq ki, İvane Maçavariani və Qoça Lortkipanidze tutduğu vəzifələrdən istefa veriblər. Bildirilir ki, Maçavariani hələ dekabrda istefa vermək istəsə də, ondan daha bir neçə ay işləməsi xahiş edilib.