“Ramazan ayından sonra qardaşımla (Prezident İlham Əliyev – red.) birgə Şuşaya səfər edəcəyik”.

“Az.shafaqna.com” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

“Azərbaycanın bu bölgəni ayağa qaldırmaq üçün bütün məcburi köçkün qardaşlarımızın öz torpaqlarına dönməsini çox vacib sayıram”, – deyə o, əlavə edib.